Dünyanın axtardığı kamikadze tutuldu
Bizi izləyin

Dünya

Dünyanın axtardığı kamikadze tutuldu

Tailandın paytaxtı Bangkokda 20 nəfərin ölümünə səbəb olan hücumla əlaqədar ikinci şübhəli şəxs də tutulub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Prayut Çan Oça bildirib.

Kamboça ilə sərhəddə yerləşən Sa Kaeo qəsəbəsində tutulan şübhəlinin üzərindən Çin pasportu çıxıb. O, Kamboçaya keçməyə çalışırmış.

Tailandın baş naziri tutulan şəxsin hücuma görə əsas şübhəli olduğunu deyib. Pasportunda yazılan məlumatlara görə, Yusufu Mieraili adındakı şəxs uyğurların yaşadığı Sincan bölgəsində dünyaya gəlib.

Məlumata görə, onun tutulmasından dərhal sonra Türkiyə pasportu daşıdığı deyilən üç nəfərin həbs edilməsi barədə qərar verilib. Tailand polisi ötən həftənin şənbə günü paytaxtdakı evlərdən birinə etdiyi basqında saxta Türkiyə pasportu daşıyan bir əcnəbini həbs etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm