İrəvan yenə ayağa qalxdı – FOTOLAR/VIDEO
Bizi izləyin

Dünya

İrəvan yenə ayağa qalxdı – FOTOLAR/VIDEO

İrəvanın mərkəzindəki Baqramyan prospektində “Soyğunçuluğa yox!” hərəkatının tərəfdarları elektrik enerjisinin bahalaşmasına qarşı növbəti etiraz aksiyasını keçiriblər.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, prezident sarayının qarşısında toplaşan etirazçılar prezident Serj Sərkisyanın istefasını tələb ediblər.

Polis icazəsiz aksiyanı dağıtmağa çalışdığı üçün tərəflər arasında qarşıdurma baş verib. Qarşıdurma zamanı bir neçə etirazçı saxlanılıb.

Etiraz aksiyasının iştirakçıları həmçinin polisdən Maksim Sərkisyan, Artur Çibuxçyan, Ovannes Kazaryan, Vaqran Petrosyan və adı dəqiqləşməyən daha birinin azad edilməsini tələb ediblər. Hazırda Baqramyan prospektində vəziyyət gərgin olaraq qalır. Prospektə yeni polis qüvvələri cəlb edilib.

Məlumata görə, “Soyğunçuluğa yox!” hərəkatının tərəfdarları elektrik enerjisinin bahalaşmasına qarşı yeni aksiyaları keçirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm