Dünya
İŞİD Dəməşqin mərkəzinə doğru irəliləyir
Suriyalı üsyançılar Dəməşqin cənub bölgəsində “İslam Dövləti” (İŞİD) tərəfindən hücuma məruz qalıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, İŞİD-in döyüşçüləri Qadam rayonunda Ceyş əl-İslam qruplaşmasına, Asali şəhəri yaxınlığında isə Əcnad əl-Şam dəstəsinə qarşı döyüşür.
Qarşıdurma nəticəsində İŞİD qruplaşmasının döyüşçüləri paytaxtın tam mərkəzinə yaxınlaşıblar. Müxbirlər bildirir ki, üsyançıların dövlət nəzarətində olan şəhər mərkəzinə qədər çatacağı hələ aydın deyil. İŞİD-in döyüşçüləri həftə sonundan etibarən Həcər əl-Əsvad şəhərindən Qadam və Asaliyə hücuma keçiblər. Onlar burada 2014-cü ildən bəri möhkəmləniblər.
İŞİD-i dəstəkləyən Amaq xəbər agentliyi bildirir ki, cihadçı qrup Qadamın yarısını ələ keçirib və onların tərəfdarları döyüşçülərin guya rayona doğru irəlilədiyini əks etdirən şəkillər paylaşıb. Lakin Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidəsi (SOHR) qrupunun verdiyi məlumata görə, belə hesab olunur ki, “İslam Dövləti” yalnız iki küçəyə nəzarəti ələ keçirib.
Bu günə qədər bölgədə İŞİD və hökumət qüvvələri arasında hər hansı bir qarşıdurma barədə məlumat yoxdur. Suriya hərbi rəsmisi AFP xəbər agentliyinə bildirib ki, o cihadçıların hücumu barədə xəbərə “çox şaddır” və “dövlətin nəzarətində olan ərazilərə hücum olacağı təqdirdə hökümət qoşunları cavab verməyə hazır vəziyyətdə dayanıb".
Müşahidəçi qrupunun dediyinə görə, keçən il üsyançı qruplar və hökumət qüvvələri arasında əldə olunmuş razılığa əsasən Qadamda nisbətən sakitlik olub.
Aprel ayında, Həcər əl-Əsvəd şəhərində möhkəmlənmiş döyüşçülər qısa zaman ərzində Yərmuk adlı Fələstin qaçqın düşərgəsinin bir hissəsində nəzarəti ələ almışdı. Həmin ay onlar Qadamda oğurladığı iki üsyançının başını kəsmişdilər.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ