Dövlət Dumasının rəsmisi: “Bu, sovet xarici siyasəti və Stalinin səhvi idi”
Bizi izləyin

Dünya

Dövlət Dumasının rəsmisi: “Bu, sovet xarici siyasəti və Stalinin səhvi idi”

“BMT qərargahının Nyu-Yorkda yerləşdirilməsi sovet xarici siyasətinin, o cümlədən Stalinin səhvi idi”.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov bildirib.

Onun fikrincə, İosif Stalinin Franklin Ruzveltlə yaxşı münasibətləri imkan verdi ki, BMT-nin qərargahı ABŞ-da yerləşdirilsin: “Hesab edirəm ki, BMT baş qərargahının Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin ərazisində yerləşdirilməsi Stalinin səhvi idi. Təşkilat neytral ölkədə yerləşməli idi. Avstriya və İsveçrə bu baxımdan ideal variant sayıla bilərdi. Amma hazırda qərargahın daşınması imkanlarını görmürəm”.

Qeyd edək ki, Dövlət Dumasının deputatı İqor Zotov BMT qərargahının ABŞ-dan İsveçrəyə köçürülməsini təklif edib. O, bu təkliflə BMT-nin baş katibi Pan Gi Muna müraciət ünvanlayıb.

İqor Zotov Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun ABŞ-a buraxılmamasını xatırladıb.

Xatırladaq ki, Rusiya Federasiya Şurasının spikeri ötən ay ABŞ-a səfərini ləğv etməli olub. O, Nyu-Yorkda Parlamentlərarası İttifaqın toplantısına qatılmalı idi.

Matviyenko Krımın ilhaqı məsələsində tutduğu mövqeyə görə Rusiyanın yüksək cinli rəsmilərindən biri kimi ABŞ-ın qara siyahısına salınıb və onun Birləşmiş Ştatların ərazisinə girişi qadağan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm