Lavrov: “Səddam və Qəddafiyə qarşı edilənlər...”
Bizi izləyin

Dünya

Lavrov: “Səddam və Qəddafiyə qarşı edilənlər...”

“Səddam və Qaddafiyə qarşı edilənləri hazırda Əsədə qarşı etməyə çalışırlar”.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk dərs günü münasibətilə qonağı olduğu Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində çıxışında deyib.

“Daha əvvəl Səddam Hüseyn və Müəmmər Qaddafi nümunələrində olduğu kimi Bəşər Əsədi də qeyri-qanuni göstərməyə və onu kreslodan endirməyə çalışırlar. Qərbin şərhlərinə baxmayaraq, Əsəd tamamilə qanuni bir liderdir”, - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Sergey Lavrovun sözlərinə görə, Əsədin istefasının terrorla mübarizə üçün ilkin şərt kimi irəli sürülməsi dağıdıcı mövqedir: “İŞİD-lə mübarizədə uğur qazanmaq üçün Əsədin devrilməsi şərtindən imtina etmək lazımdır. Bu şərtin geri çəkiləcəyi halda, son dərəcə əhəmiyyətli işlər görə bilərik. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü də bu istiqamətdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm