• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezidentin toxunulmazlığı ləğv olundu

  • Dünya
  • 2 Sentyabr 2015 18:59
  • 547 Baxış
Prezidentin toxunulmazlığı ləğv olundu

Qvatemala Konqresi ölkə prezidenti Otto Perezi toxunulmazlıq hüququndan məhrum edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra prokuror toxunulmazlıq hüququndan məhrum olan prezidenti rüşvətxorluqda ittiham edə və məhkəməyə cəlb edə bilər.

Qvatemala Konstitusiyasına əsasən, Konqresin üçdə ikisi səs çoxluğu ilə prezidentin toxunulmazlığını ləğv edə bilər. Prezidentin bu hüquqdan məhrum olmasına iclasda iştirak edən 132 deputat səs verib. Səsvermədən sonra hakim prezidentə ölkəni tərk etməmək haqda xəbərdarlıq edib.

“Məhkəmə sisteminin gözündə prezident indi adi vətəndaşdır. İmmunitet sisteminin ləğv olunmasını nəzərə alaraq onun haqqında cinayət tədqiqatları başlana bilər. Qvatemalada qanundan ali heç nə yoxdur”, - deyə baş prokuror bildirib.

Prokurorluq hazırda prezidentin ittihamı üzərində çalışır. Perez vergi fırıldağında və qanunsuz iş müqavilələrində günahlandırılır.

Qeyd edək ki, istefaya çıxmış general 64 yaşlı Perez, korrupsiyaya və cinayətə qarşı mübarizə şüarı ilə seçilib. O, dəfələrlə öz günahını təkzib edib və istefaya çıxmayacağını bildirib.

Növbəti prezident seçkiləri bazar günü keçiriləcək. Konstitusiyaya görə, Perez yenidən seçilə bilməz.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR