Narkotik qurbanlarının kütləvi məzarlığı aşkarlandı
Bizi izləyin

Dünya

Narkotik qurbanlarının kütləvi məzarlığı aşkarlandı

Meksikanın Nuevo-Leon ştat prokurorluğunun əməkdaşları təqribən 31 min insan qalığı aşkarlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, insan qalıqları Salinas-Viktoriya rayonunda güclü yağışlardan sonra üzə çıxıb. İnsan qalıqlarının narkotik dilerlərinin qurbanlarına məxsus olması ehtimal edilir.

Cəsədlər bir quyuda tapıldığından onların dəqiq sayını söyləmək mümkün deyil. Prokurorluq işçiləri onların şəxsiyyətini müəyyən etmək üçün qalıqlardan nümunələr götürülüb.

Qeyd edək ki, bölgədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları 4 il ərzində 967 nəfərin itkin düşməsi haqda elan qeydə alıblar. Onlardan 142 nəfərinin taleyi haqda az-çox məlumat əldə edilsə də, qalanları barədə heç bir informasiya yoxdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm