• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“İŞİD üçün tortun ən dadlı hissəsi bu ölkədir”

  • Dünya
  • 2 Sentyabr 2015 22:18
  • 1 698 Baxış
“İŞİD üçün tortun ən dadlı hissəsi bu ölkədir”

“İŞİD terror təşkilatı bütovlükdə Rusiya üçün çox ciddi təhlükədir, ancaq vəziyyət hələ o qədər də qorxulu deyil”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Rusiya bu gün” dəyirmi masasında deyib.

Yevseyev əmindir ki, Rusiya İŞİD üçün prioritet istiqamət deyil. Onun fikrincə, qruplaşmanın ekspansiya planları Ərəb yarımadasına yönəlib.

“Bəziləri nədənsə hesab edirlər ki, İŞİD Mərkəzi Asiya, Cənubi Qafqaz və Rusiyaya tərəf hərəkət etmək istəyir. Amma bu onların əsas istiqaməti deyil. Hətta Suriya da onlar üçün məcbur edilmiş istiqamətdir. Çünki oradan maliyyələşirlər. Təşkilatın əsas istiqaməti Səudiyyə Ərəbistanıdır. Bu tortun ən dadlı hissəsidir, onu məmnuniyyətlə udardılar”, - Yevseyev bildirib.

Ekspert hesab edir ki, bu gün İŞİD üzərində qələbə üçün şərait yoxdur: “Hələ ki onunla mübarizə təqlidi başa çatmayacaq. Bu təqliddə ilk növbədə ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə iştirak edir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR