Vətəndaş müharibəsi və dövlət çevrilişi olacaq – QORXUNC PROQNOZ
Bizi izləyin

Dünya

Vətəndaş müharibəsi və dövlət çevrilişi olacaq – QORXUNC PROQNOZ

Türkiyəli yazar Ahmed Altan “Bugün” telekanalının canlı yayımında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid edib.

Publika.az xəbər verir ki, Koza-İpək media holdinqə qarşı həyata keçirilən əməliyyatları şərh edən yazar 1 noyabr parlament seçkilərindən sonrakı dövrlə əlaqədar qorxunc proqnozlar verib.

Ahmed Altanın sözlərinə görə, Ədalət və İnkişaf Partiyası (AKP) 1 noyabr seçkilərində qələbə qazanacağı halda ölkədə vətəndaş müharibəsi və dövlət çevrilişi olacaq. “Kimsə səs çıxarmasa, AKP-nin çəkici hamımızın başına endiriləcək”, - deyən yazar cəmiyyəti AKP iqtidarına qarşı çıxmağa çağırıb.

Qeyd edək ki, dünən səhər saatlarında Koza-İpək media holdinqin Ankaradakı mərkəzində, həmçinin holdinqə aid 23 şirkətdə axtarış aparılıb. Türkiyə məhkəməsi isə holdinqin idarə heyətinin 6 üzvü haqqında həbs qərarı çıxarıb. Onların arasında holdinqin rəhbəri Akın İpək də var. Onun böyük miqdarda pulla xaricə qaçdığı bildirilir.

Holdinq Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyi verməkdə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm