Rusiya ABŞ-ı hədələdi
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ı hədələdi

Rusiya ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar olaraq ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab verəcəyini bildirib.

Rusiya Xarici İşlər nazirliyinin veb səhifəsində yerləşdirilmiş bəynatda rəsmi Moskvanın ABŞ-ın sanksiyalarına qarşı əks-tədbirlər görüləcəyi deyilir. Nazirlik bildirib ki, “ABŞ özü üçün neqativ nəticələrin olmayacağına dair illüziyalara qapılmamalıdır.”

ABŞ hökuməti Federal Register veb saytında açıqladığı bəyanatda Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş məhdudiyyətlərin daha da ciddiləşdirilməsi məqsədilə əlavə 29 nəfərin əlavə edildiyi bildirilir.

Bəyanatda deyilir ki, bu 29 şəxs Birləşmiş Ştatların milli təhlükəsizliyi və ya xarici siyasətinə zidd fəaliyyət göstərir.

Çərşənbə günü yerləşdirilmiş bəyanatda bildirilir ki, ABŞ bu addımı Rusiyaya qarşı beynəlxalq qanunu pozduğu və Ukraynanın şərqində münaqişəni qızışdırdığına görə tətbiq edilmiş mövcud sanksiyaların effektciliyinin təmin edilməsi məqsədilə atılır.

Avropa İttifaqı Ukraynanın şərqində Moskva tərəfdarı separatçıları dəstəkləməkdə ittiham edilmiş ruslar və ukraynalılara qarşı sanksiyaların daha altı ay müddətinə uzadacağı gözlənilir. Sanksiyalar uzadılmasa, onların müddəti sentyabrın 15-də bitir.

Rusiya prezidenti Vladimir Putin Rusiya iqtisadiyyatına təsirlərinə baxmayaraq, Avropa İttifaqının ölkənin müdafiə, maliyyə və enerji sektorlarını hədəf alan və ayrı-ayrı şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarını rədd edib onların qeyri-effektiv və qeyri-məhsuldar olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm