Mustafa Krımoğlu: “Stalin dövründən fərqli olaraq…”
Bizi izləyin

Dünya

Mustafa Krımoğlu: “Stalin dövründən fərqli olaraq…”

Mustafa Krımoğlu: “Stalin dövründən fərqli olaraq…”

“Krım muxtar vilayətində yaşayan Krım tatarları separatçıların təyin etdiyi referendumu boykot edəcəklər”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Krım Tatar Məclisinin keçmiş sədri Mustafa Krımoğlu “Azadlıq” radiosunun tatar xidmətinə açıqlamasında deyib.M.Krımoğlu bildirib ki, Krımın statusundan narazı olanlar Kiyevlə danışıqlar aparmalıdır. “Bu məsələ silah gücünə həll oluna bilməz”, - o, söyləyib.

M.Krımoğlu Krım tatarlarının yarımadanı kütləvi şəkildə tərk etməsi barədə BMT-nin Qaçqınlar üzrə Komissarlığın məlumatını təkzib edib. Krım Tatar Məclisinin keçmiş sədri Krım vilayəti ilə Ukraynanın digər regionların sərhədini keçən 379 Krım tatarının qeydə alındığını, onların isə əsasən qadınlar və uşaqlar olduğunu bildirib. M.Krımoğlu Krım tatarlarının Stalinin dövründəki kütləvi sürgündən fərqli olaraq bu dəfə öz yurdlarını tərk etməyəcəyini deyib.

Xatırladaq ki, Krım parlamenti 6 Martda Rusiyanın tərkibinə daxil olması barədə qərar qəbul edib. Həmin gün həmçinin, 30 Mart tarixində keçirilməsi planlaşdırılan referendum iki həftə əvvələ çəkilərək 14 Mart tarixinə təyin edilib. Referenduma iki alternativ sual çıxarılacaq. Onlardan biri Krımın Rusiyaya yenidən birləşməsi, digəri isə Ukraynanın tərkibində qalmaqla Krımın statusunun genişləndirilməsinə imkan verən 1992-ci il Konstitusiyasının bərpası ilə bağlıdır.

Krımın tərkibinə daxil olmayan Sevastopol Şəhər Şurası da Rusiyanın tərkibinə daxil olması barədə qərar verib.

Dünən isə dünyanın 7 böyük dövləti - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ (G7), Avropa Şurası və Avropa Komissiyası birgə bəyanatla çıxış edib. Bəyanatda Rusiyadan 16 Mart tarixində Krımda keçirilməsi planlaşdırılan referenduma dəstək verməməsi istənilir.

Bildirilir ki, bəyanatı imzalayanlar heç bir halda referendumun nəticələrini tanımayacaqlar. Bəyanatda istənilən bu cür referendumun heç bir qanuni gücə malik olmayacağı qeyd olunub.

“G7 ölkələri hesab edir ki, “Krımın zəbt edilməsi” yalnız Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə zərər verməyəcək, həm də bütün dövlətlərin ərazi bütövlüyünə əsaslanan dünya nizamını silkələyəcək. Əgər Rusiya Federasiyası belə bir addım atarsa, biz kollektiv olaraq sonrakı hərəkətlərə təşəbbüs edəcəyik”, - G7-nin bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm