• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya Qafqaza ağır artilleriya və qoşun yeritdi – GÜC NÜMAYİŞİ

  • Dünya
  • 3 Sentyabr 2015 14:30
  • 1 493 Baxış
Rusiya Qafqaza ağır artilleriya və qoşun yeritdi – GÜC NÜMAYİŞİ

Rusiya Gürcüstandan qoparılaraq qondarma rejimin qurulduğu Osetiyaya qoşun yeridib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 500-ə qədər rus əsgəri bölgədə keçirilən hərbi təlimlərə qoşulub. Təlimdə tanklar, pilotsuz təyyarələr və ağır artilleriya da iştirak edir.

Qeyd edək ki, Rusiya bundan öncə də Cənubi Osetiya və Abxaziyada hərbi təlimlər keçirib. Rəsmi Tiflis Rusiyanın bu addımının bölgədə sabitliyi poza biləcəyini açıqlayıb.

Hərbi ekspertlərə görə, Kremlin bu addımı Qafqazda təsir imkanlarının ələ alınması üçün ABŞ-ın cəhdlərinə qarşı “əzələ nümayişidir”. Bu addımların bölgədəki sabitliyə ciddi təsir edəcəyi istisna edilmir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR