• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Obama Putinlə razılaşdı: Əsəd bu ölkələrdən birinə sürgün olunacaq

  • Dünya
  • 4 Sentyabr 2015 08:54
  • 1 751 Baxış
Obama Putinlə razılaşdı: Əsəd bu ölkələrdən birinə sürgün olunacaq

Suriyada fərqli cəbhələri dəstəkləyən Səudiyyə Ərəbistanı ilə Rusiyanın daxili müharibəyə son qoymaq üçün ortaq qərara gəldiyi iddia olunur.

Publika.az xəbər verir ki, Liviyanın “Əl Cümhuriyyə” qəzeti Moskva və Riyadın Bəşər Əsədsiz Suriya haqda razılığa gəldiyini iddia edib. Ssenariyə görə, Suriyada daxili və xarici müxalif qruplar, III Cenevrə konfransında masa arxasına gətiriləcək. Bu qrupların dəstəyi ilə keçid hökuməti qurulacaq. Bəşər Əsəd və kabineti sürgünə göndəriləcək.

Qəzet ABŞ-ın da bu ssenariyə dəstək verdiyini yazıb. Hətta ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının növbəti Cenevrə konfransına qatılacaq qrupları müəyyənləşdirmək üçün fəaliyyətə başladığı deyilir.

Bəşər Əsəd isə 4 ölkədən birinə - Rusiya, İran, Oman və ya Əl-Cəzairə sürgün ediləcək. Bu ölkələrin razılığının alındığı da iddia olunur. Məlumata görə, gələn ay Səudiyyə Ərəbistanı kralı Bin Əbdüləzizin Moskvaya səfər edəcəyi gözlənilir. Suriya müxalifətinin beynəlxalq koalisiyasının lideri Xalid Xocanın ötən ay Moskvaya səfəri də bu informasiya fonunda diqqət çəkir.

Müxalifətin lideri Moskva səfərindən danışarkən bunları demişdi: “İlk dəfə Rusiyanın Əsədin əvəzedilməz olmadığı haqda düşüncələrini gördüm”.

Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR