Qafqazda müharibə təhlükəsi: NATO Kremli Tiflisdən vuracaq?
Bizi izləyin

Dünya

Qafqazda müharibə təhlükəsi: NATO Kremli Tiflisdən vuracaq?

Avqustun sonunda NATO baş katibi Yans Stoltenberqin Tiflis səfərinin ardından Rusiya-Gürcüstan münasibətlərində gərginlik artdı. Şimal Alyansının bu ölkədə təlim mərkəzini açması Rusiyanın neqativ münasibətinə səbəb oldu.

Publika.az xəbər verir ki, “Nezavisimaya qazeta” nəşri Rusiyanın Gürcüstan perspektivləri və regionda başlaya biləcək yeni müharibəni araşdırıb.

NATO-nun Gürcüstanla hərbi əməkdaşlığı haqda qərar ötən ilin 5 sentyabr tarixində Uels sammitində qəbul olundu. NATO Gürcüstanda əsasən Saçxerskaya hərbi məktəbində təlim keçir. Burada Azərbaycan və Ukrayna hərbiçiləri də hərbi tədrisə qatılır. Bundan başqa hərbi məşqlərin keçirildiyi baza olan Krsanisisi gələcəkdə daha böyük loqistik mərkəzə çevriləcək. Lakin bu məsələ hələlik dəqiq deyil.

Gürcüstanda genişlənməklə NATO-nun iki məqsədi var. Birincisi, Moskvanın diqqətini qismən də olsa Ukraynadan yayındırmaq. İkincisi Rusiya-Gürcüstan münasibətlərinin normal məcraya dönməsinin qarşısını almaq.

Nəşr qeyd edir ki, bu Rusiyanı qıcıqlandırır və Moskva buna qarşı Cənubi Osetiya və Abxaziyada hərbi gücünü artırmaq istiqamətində hərəkətə keçib. Proses regionda ciddi münaqişəyə səbəb ola bilər. Bütün hallarda Rusiyanın qarşısında iki məsələ var: Gürcüstanın neytral mövqeyi Moskva üçün nə qədər əhəmiyyətlidir və bunun üçün güzəşt etməyə dəyərmi? Stoltenberqin səfəri Rusiyanın Gürcüstan perspektivlərinin praktiki olaraq bitdiyini göstərir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm