Türkiyə qərar verdi: Ordu Suriyaya girir
Bizi izləyin

Dünya

Türkiyə qərar verdi: Ordu Suriyaya girir

Türkiyə Silahlı Qüvvələrinin sərhəddən kənar əməliyyatı həyata keçirməsi üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə ordularının Türkiyə ərazisində yerləşdirilməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub.

Axar.az xəbər verir ki, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ali Komitəsində təsdiq olunub.

TBMM spiker müavini Koray Aydın verdiyi açıqlamasında keçirilən açıq səsvermə zamanı layihənin qəbul olunduğunu deyib.

Layihəni AKP, MHP və CHP dəstəkləyib. HDP isə layihənin əleyhinə səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm