Putin: “Bu, Ukrayna xalqının təhqir edilməsidir”
Bizi izləyin

Dünya

Putin: “Bu, Ukrayna xalqının təhqir edilməsidir”

“Ukraynada hadisələrin inkişafı ukraynalıların nə vaxta kimi bu eyş-işrətə dözə biləcəyindən asılı olacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ukraynadakı proseslərin inkişafı bizdən asılı deyil. Proseslərin inkişafı ukraynalıların nə vaxta kimi bu eyş-işrətə dözə biləcəyindən asılı olacaq. Ukrayna xaricilər tərəfindən idarə olunur, hökumətdə, həmçinin əsas regionlarda bütün əsas postları əcnəbilər tuturlar. Hesab edirəm ki, bu, Ukrayna xalqının təhqir edilməsidir. Ukraynada ədəbli və dürüst insanlar, savadlı menecerlər yoxdurmu? Əlbəttə var”, - Putin söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm