Saakaşvili baş nazir postundan imtina etdi
Bizi izləyin

Dünya

Saakaşvili baş nazir postundan imtina etdi

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünü ölkənin baş naziri kimi görmür.

Publika.az xəbər verir ki, Saakaşvili bu barədə “Beşinci kanal”ın efirində deyib.

Onun sözlərinə görə, bu postda maliyyə məsələlərini yaxşı anlayan və oliqarxiyanın maraqlarından tamamilə qorunan insan olmalıdır. Bunlar məndə var. Amma düşünürəm ki, bu məsələlərdə məndən daha təcrübəli insanlar var”, - Saakaşvili söyləyib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti bütün səviyyələrdə yenidən qurulmalıdır.

Qeyd edək ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında Mixail Saakaşvilinin ölkənin baş naziri postuna təyinatı üçün imzatoplama kampaniyası başlayıb. Son məlumata görə, 4,9 min nəfər kampaniyanı dəstəkləyib. Ümumilikdə 25 min nəfərin imzası tələb olunur. Kampaniya 90 gün davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm