Nazarbayev Kommunist Partiyasını ləğv etdi
Bizi izləyin

Dünya

Nazarbayev Kommunist Partiyasını ləğv etdi

Qazaxıstan məhkəməsi Kommunist Partiyasının fəaliyyətini ləğv edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məhkəmə partiyanın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olmadığı qənaətinə gəlib.

Sənədə əsasən, Qazaxıstanın Ədliyyə Nazirliyi partiyanın ləğvi haqqında ərizə ilə məhkəməyə müraciət edib. Nazirlik bildirib ki, yoxlamalar zamanı partiyanın 2014-cü ildəki fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Məsələn, partiyanın faktiki və hüquqi ünvanlarının fərqli olduğu müəyyən edilib, partiyanın yeddi şöbəsi maliyyə hesabatlarının təqdim edilməsində vergi qanunvericiliyinin tələblərinə riayət etməyib, dörd şöbə üzrə qeydiyyat məlumatları yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm