Saakaşvili: “Ukraynanın təhlükəsizlik sistemi iflic vəziyyətdədir”
Bizi izləyin

Dünya

Saakaşvili: “Ukraynanın təhlükəsizlik sistemi iflic vəziyyətdədir”

“Bizim təhlükəsizliyimizi təmin etməli olan institutlar, demək olar ki, işləmirlər. Ukraynada bu cür hadisələr üçün xüsusi təyinatlıların heç bir funksional bölməsi yoxdur”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ali Radanın qarşısında 31 avqust tarixində baş verən hadisələri şərh edərkən deyib.

Qubernatorun fikrincə, Ali Radanı Milli Qvardiyanın döyüşçüləri mühafizə etməməli idi.

“Ukraynada bu cür hadisələr üçün adekvat xüsusi bölmə yoxdur. Əlbəttə, başqa hadisələr üçün xüsusi bölmələr var, müharibə onları bərkidib. Amm onlar bu cür hadisələr üçün nəzərdə tutulmayıb. Milli Qvardiya Ali Radanın qarşısında durmalı deyildi. Ukraynanın təhlükəsizlik sistemi iflic vəziyyətdədir”, - Saakaşvili söyləyib.

Xatırladaq ki, avqustun 31-də Ali Radanın qarşısında Ukraynanın Konstitusiyasına dəyişikliklərə etiraz edən insanlarla Milli Qvardiyanın döyüşçüləri arasında toqquşmalar olub. Toqquşmalarda Milli Qvardiyanın üç döyüşçüsü həlak olub, hər iki tərəfdən 140-dan çox insan yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm