Ukraynada hər kəs silahlanacaq
Bizi izləyin

Dünya

Ukraynada hər kəs silahlanacaq

Poroşenko Ukraynada silahın azad dövriyyəsi haqqında xahişə baxacaq.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, silahın azad dövriyyəsinə nail olmaq üçün Poroşenkonun rəsmi saytında yerləşdiilən petisiyaya 25 min imza toplanıb.

Bununla əlaqədar olaraq, Ukrayna prezidenti müraciətə baxmağa və cavab hazırlamağa məcburdur.

“Ukrayna Silah Sahibkarları Assosiasiyası tələb edir ki, ölkənin yeni Konstitusiyasına Ukraynanın hər bir vətəndaşına həyatı və sağlamlığını, evi və mülkiyyətini, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü, konstitusiya hüquqları və azadlıqlarını müdafiə etmək üçün odlu silaha yiyələnmə hüququ verən maddə əlavə edilsin”, - Poroşenkonun rəsmi saytında yerləşdiilən sənədin mətnində deyilir.

Prezident Administrasiyasından bildiriblər ki, müraciətə 10 gün ərzində cavab veriləcək.

Daha əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Mudafiə Şurasının katibi Aleksandr silahın azad dövriyyəsinə qarşı çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm