Krım tatarlarının lideri üçüncü dünya müharibəsi ehtimallarını dəyərləndirir
Bizi izləyin

Dünya

Krım tatarlarının lideri üçüncü dünya müharibəsi ehtimallarını dəyərləndirir

Krım Dərnəyinin sədri: “Azərbaycan və Türkiyə səsini çıxarmalıdır”


Krım tatarları Mədəniyyət və Yardımlaşma Dərnəyinin rəhbəri Tuncer Kalkay Publika.Az -a müsahibəsində Krımda yaranmış vəziyyəti şərh edir

- Krımda hazırkı durum necədir, Rusiyanın işğalından qurutlmaq üçün nələr edilir?

- Bütün Krım tatarları, həm orda yaşayanlar, həm də vətəndan uzaqda olan diaspor Rusiyanın işğalını qəbul etmir. Biz bütünlüklə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma bu gün Krım tatarları əsrlərdən bəri yaşadığı faciələrlə yenidən üz-üzədir. Hər bizimi bir ölkənin əraqzisini işğal etdiyi digər ölkədən çıxmasını gözləyirik. Hazırda Krım tatarları işğal altında verilən heç bir qərarı tanımır, istər referendum, olsun, istər yarımadanın Rusiyaya birləşdirilməsi, istərsə də Krımın müstəqil olmasını. Çünki bununla Rusiya Krım işğalını leqallaşdırmağa çalışır. Bunun üçün də Krım tatarlarına müəyyən vədlər verirlər. Amma Krım tatarları tarixi təcrübəyə söykənərək buna aldanmayacaqlar. Buna uyğun olaraq da bu günə qədər işğala son verilməsi və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi mövqeyindən kənara çıxmayıblar. Rusiyanın cəsarətləndirdiyi şəxslərin ordakı provokasiyalarına da soyuqqanlılıqla yanaşırlar. Hansısa qarşıdurma yaradacaq hərəkətlərə yol verməyiblər.

- Rusiyanın cəsarətləndirdiyi şəxslər kimlərdir, onlar arasında Krım tatarı olanlardan varmı?

- Bu şəxslər Krımda yaşayan pul toplayan ruslardır. Onlar uniformalarda, əllərində silah gəzir, müharibə istəyirlər və dəstəyi də birbaşa Rusiyadan alırlar. Amma onlar Krımda yaşayan rusların əksəriyyəti buna qaşıdır. Güman ki, provokasiya yaradanlar Krıma kənardan gəliblər və daxildəki özlərinə bənzərlərlə birləşiblər. Onlar hazırda Rusiyadan aldıqları dəstəklə bizim insanlarımıza sataşırlar. Küçələrdə gəzir, bağırır, zaman-zaman münaqişəyə girirlər ki, bu çox təhlükəli vəziyyətdir. Onların da arxasında Rusiya dayanıb.

- Amma faktiki olaraq Rusiya Krımı işğal edib.

- Təbii ki, Krımda bir Rusiya işğalı var və biz bu işğalı qəbul etmirik. Bu beynəlxalq hüquqa qarşıdır. Hesab edirik ki, beynəlxalq hüquq çərçivəsində bu məsələ həll edilməli və hər kəs buna çalışmalıdır.

- Krım Qərb və Rusiyanın toqquşması nəticəsində III dünya müharibəsinin ola biləcəyi ehtimalları müzakirə edilir. Krım tatarları olaraq sizin mövqeyiniz necədir?

- Bunu heç kim arzu etməz. Üçüncü dünya müharibəsi olsa, burdan heç kim canlı çıxmayacaq. Bundan bütün dünya zərər görəcək. Belə bir şeyi ehtimal etmək istəmirəm. Amma bu da faktdır ki, Putinin hərəkətləri bütün sərhədləri aşır. Bəlkə də o dünyanın diqqətini çəkməyə, de-fakto durum yaratmağa, öz gücünü artırmağa çalışır. Lakin bir şeyi yaddan çıxarmaq lazım deyil. Dünya bu günə qədər edilənləri heç unutmadı. 1944-cü ildə tatarları sürgün edən Stalin bilsəydi ki, illər keçəcək və insanlar onun etdiklərini heç vaxt unutmayacaq, bəlkə də bunu etməzdi. Bu gün edilənlər də yaddaşlarda qalacaq. Ona görə də bunu edənlər ehtiyatlı olmalıdır. Təkcə özlərini deyil, xalqlarını, dövlətlərini düşünməlidir.

Baxın, 23 fevrala qədər Krımda heç bir hərəkət yox idi. Ukraynadakı etirazlara da qoşulmurdular. Krım çox sakit idi. Amma Rusiya bundan yararlandı və sanki nəsə olubmuş kimi Krıma girdi. Halbuki Krımda yaşayan tatarlarla ruslar arasında həmişə yaxşı münasibətlər olub, onlar qardaş kimidirlər. Amma Rusiya işğalından sonra insanlar arasında düşmənçilik yarandı. Universitetlərdə oxuyan gənclərimiz deyirlər ki, illərdir çox yaxın dost olduqları insanlar onlara salam vermir, düşmən münasibət bəsləyirlər. Belə şeylər xalqlar arasında düşmənçilik yaradır. Fərqində deyilər ki, xalqları, millətləri qarşı-qarşıya qoyurlar və bu mənfi münasibətlər uzun müddət davam edəcək.

- Bu gün kimlərdən dəstək gözləyirsiniz?

- Bütün dünyadan dəstək gözləyirik. Amma düşünürük ki, bizimlə eyni tarixi, mədəniyyəti bölüşən xalqlar, dövlətlər birinci addımı atmalıdır. Xüsusilə Azərbaycan və Türkiyə səsini çıxarmalıdır. Onlardan bunu gözləmək təbii haqqımızdır. Bəlkə dövlətlər arasında hər şey siyasətlə həll olunur, amma dövlətlər təmsil etdikləri xalqları da nəzərə almalıdır. Krımda bizi yox edərlərsə, bizimlə birlikdə böyük bir mədəniyyət, tarix də yox olacaq. Krım tatarları heç nə istəmədən, dövlətlər arasında olanlara qoşulmadan insan haqları, demokratiya mübarizəsi aparırlar. Belə bir mübarizəyə hər kəs, xüsusilə qardaşlarımız dəstək verməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm