• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yasenyuk Saakaşvilini “yalançı” adlandırdı

  • Dünya
  • 4 Sentyabr 2015 22:17
  • 548 Baxış
Yasenyuk Saakaşvilini “yalançı” adlandırdı

Ukraynanın baş naziri Arseniy Yasenyuk Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini “yalançı” adlandırıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, baş nazir Saakaşvilinin yerli oliqarxların mərkəzi hökumətə təsir göstərdiyi barədə fikirlərini “yalan” adlandırıb.

“Mən emosionallığı başa düşürəm, anlayıram ki, Saakaşviliyə necə çətindir. Hamı üçün çətindir. Biz burada vahid komandayıq. Əsassız ittihamlar yalnız Ukraynada real dəyişikliklərə qarşı çıxanların əlinə oynayır. Keçmiş prezident yalan ittihamlardan qaçmalıdır”, - Yasenyuk vurğulayıb.

Qeyd edək ki, Mixail Saakaşvili “Beşinci kanal”ın efirində Ukrayna hökumətinə oliqarxlar tərəfindən nəzarət edildiyini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR