Avropa miqrant böhranı 10 ürək parçalayan FOTOda
Bizi izləyin

Dünya

Avropa miqrant böhranı 10 ürək parçalayan FOTOda

Avropada miqrant böhranı zamanı üç yaşlı suriyalı oğlanın cəsədinin Türkiyə çimərliyində çəkilmiş fotoları dünyaya səs saldı.

Lakin illər boyu miqrantların köçünü əks etdirən fotolarda da Avropaya gələnə kimi onların hansı əzablardan keçdiyini görə bilərik.

1. Kanar adalarındakı yerli qəzet üçün fotoqrafçı kimi çalışan Juan Medina, 2004-cü ildə Afrikanın cənubi Sahara bölgəsindən gələn içi qaçqınla dolu olan qayığı çəkib. İspaniya Sivil Nəzarət Keşikçilərinin qayığı yaxınlaşan zaman miqrantların qayığı aşmış və 9 kişi suda boğulmuşdur. Medina sağ qalan 29 miqrantdan Malidən olan İsa və İbrahimin sudan çıxarıldığı an şəklini çəkib. Bu şəkil növbəti il World Press Photo mükafatı alıb.

Image copyrightArturo Rodriguez AP

2. Kanar adaları iki il sonra da Afrika miqrantlarının pənah tapmağa çalışdığı məkan olub. Artıq Mərakəşdən deyil, adətən Mavritaniya və Seneqaldan çıxan qayıqlar Atlantik okeanı boyu 1,000 km yol qət edirlər. Bəzi insanlar ac və susuz vəziyyətdə sahilə çatırlar. Tenerifenin La Texita çimərliyində çəkilmiş bu şəkildə turistlər gənc oğlana kömək etməyə çalışır. Bu şəkil Arturo Rodriguezə 2007-ci ildə World Press Photo mükafatı qazandırıb.

Image copyrightJose Palazon Reuters

3. İspaniyanın Mərakeşdə, Aralıq dənizi sahilində yerləşən iki kiçik anklavı olan Seuta və Melilya, Avropaya getmək istəyən miqrqantları maqnit kimi özünə çəkir. Burada miqrantlarla qitəni yalnız ülgüc kimi tikanlı hasar ayırır. Miqrantların hüquqları ilə məşğul Pro.De.In Melilla təşkilatının işçisi Jose Palazon qolfçulardan birini əlindəki çubuqla topa zərbə vurmaq istəyərkən, digər tərəfdə isə bir qrup kişinin (onlardan biri də polisdir) qolf meydançasının hasarına dırmaşmış halda fotosunu çəkmişdir. “Bu şəkildə çox simvolik bir anı tutmağa çalışmışam”, - fotoqraf El Pais qəzetinə bildirib.

Image copyrightJohn Stanmeyer National Geographic

4. Ədən körfəzi vasitəsilə Cibutidən keçən miqrantlar, bəzən qonşu Somalinin qara bazarında SİM kart almaqla pula qənaət edirlər. Fotoqraf John Stanmeyer sahildə telefon dalğası tutmağa çalışan bir qrup insanla görüşüb. “Biz doğrudan bəşəriyyətin yolayrıcında dayanmışıq. Hara gedirik? İnsan olmaq nə deməkdir?”. Fotoqraf 2014-cü ildə World Press Photo mükafatını qazanıb.

Image copyrightMurad Sezer Reuters

5. Aralıq dənizinə çatana kimi miqrantlar çox yorucu səyahəti bitirmiş olur. Şəkildə gördüyünüz tənha isti və qumlu çöl Suriya-Türkiyə sərhədində yerləşir. "Reuters"in işçisi Murad Sezer hər dəfə bura səfər edəndə adətən çoxsaylı uşaqlı ailələrlə rastlaşırdı, lakin bu dəfə bura bomboş idi, atılmış körpə beşiyindən savayı. “Mənim üçün bu atılmış beşik bir növ ümidsizliyi ifadə edirdi,” - o deyir. “Əgər sahibinin ümidi olsaydı, yəqin ki, bunu burada qoyub getməzdi.”

Image copyrightMassimo Sestini eyevine

6. Massimo Sestini bu şəkli 2014-cü ildə İtaliya donanmasına məxsus helikopterdən çəkib. Lakin əslində bu keçən il oxşar şəraitdə çəkilmiş şəkilin təkrarı idi. Liviya və İtaliyada çəkilmiş şəkillər arasında əslində heç bir dəyişiklik yoxdur. “Mən fikirləşdim ki, beş günü qayıqda birgə keçirmiş 500 nəfərin fotosunun obyektivini doğru götürsəm, çox güman ki, onlar başını qaldırıb mənə baxacaq və bizdən kömək istəyəcək”. Şəkil bu ilin əvvəli World Press Photo mükafatını qazanıb.

Image copyrightArgiris Mantikos AP

7. Bu ilin aprelində suriyalı və eritreyalıları daşıyan qayıq Yunanıstanın Rodos adası sahillərindəki qayalara çırpılmışdı. Yoldaşı ilə dəniz qırağında qəhvə içən yunan ordusunun serjantı Antonis Deligiorgis, təkbaşına qayıqda olan 93 nəfərdən 20-ni xilas edə bilib. Fotoda görünən hamilə qadın Rodos xəstəxanasında doğuşdan sonra oğluna onu xilas edən kişinin adını qoyub.

Image copyrightDaniel Etter NY Times Redux eyevine

8. Bu fotoda Türkiyədən Yunanıstanın Kos adasına havası getdikcə boşalmaqda olan şişirtmə qayıqla keçmiş, oğlu və qızını bağrına basmış suriyalı kişi Laith Majid təsvir olub. “Bütün ölkənin faciəsini bir atanın simasında görmək olar,”Twitter" istifadəçisi “Mary Fitzger”, "New York Times"-da nəşr olunmuş bu şəklin altından yazır.

Image copyrightDarko Vojinovic AP

9. Keçən ay Makedoniya fövqəladə vəziyyət elan etdikdən sonra öz sərhədlərini miqrantların üzünə bağlayanda, minlərlə insan gecəni neytral zonada keçirməli olmuşdu. Növbəti günün səhəri miqrantlar polis kordonunu yarmağa çalışanda polis onlara qarşı səs bombasından istifadə etmişdi. AP-nin fotoqrafı Darko Vojinovic çarəsiz gənc atanın şəklini çəkib.

Image copyrightTwitter

10. Bu şəkil sosial mediada keçən həftə yayılıb. Fotoda bir kişinin Livanın paytaxtı Beyrutda öz ailəsini dolandırmaq üçün qələm satdığı an həkk olunub. Suriyanın Yarmuk şəhərindən olan bu Fələstin əsilli ata üçün "Indiegogo" internet səhifəsində yaradılmış yardım məqsədli kampaniyada artıq 181,000 dollara yaxın pul yığılıb. Yardım barədə eşidən ata bu pulu suriyalı uşaqların təhsilinə və tez bir zamanda Beyrutdakı evinə qayıtması üçün xərcləyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm