• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Depardye Lukaşenkonun yanına köçməyə hazırlaşır

  • Dünya
  • 5 Sentyabr 2015 02:53
  • 367 Baxış
Depardye Lukaşenkonun yanına köçməyə hazırlaşır

Fransız aktyoru və biznesmen Jerar Depardye Fransadakı bütün əmlakdan xilas olmağa hazırlaşır.

Publika.az “Le Figaro TV Magazine” nəşrinə müsahibə verən aktyor mülkiyyətinin satışından sonra Belarusa yola düşə bilər.

“Fransadakı hər şeyi satmağı düşünürəm. Mən daha bu ölkənin bir hissəsi olmaq istəmirəm, baxmayaraq ki, fransızları sevirəm”, - deyə Depardye bildirib.

“Orada kəndlilərin arasında olmaq çox gözəldir. Prezident Aleksandr Lukaşenko da yaxşı insandır”, - Depardye seçimini izah edib.

Aktyor həmçinin əlavə edib ki, Şərqi Avropa respublikası onun üçün sabit yaşayış yeri olmayacaq. O, hazırda İtaliyada yaşadığını bildirib.

Jerar Deparde 21-22 iyul tarixlərində Belarusda olub. Etiraf edib ki, onu bu respublikaya yalnız yaradıcılıq deyil, həm də kənd təsərrüfatına maraq gətirib.

Qeyd edək ki, aktyor 2012-ci ildə “zənginlər üçün vergi”ni artıran Fransa hökumətinin planlarına etiraz olaraq ölkə vətəndaşlığından imtina edib. Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin əvvəlində ona Rusiya vətəndaşlığı verib. Bu ilin aprel ayında Rusiyadakı bütün mülkünü satan aktyor Belçikaya köçüb. Eyni zamanda onun prodüseri əmin edib ki, Depardye Rusiya vətəndaşlığından imtina etmək niyyətində deyil.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR