Yeni nazirin Kremlə ilk mesajı: “Güzəştli siyasət olmayacaq”
Bizi izləyin

Dünya

Yeni nazirin Kremlə ilk mesajı: “Güzəştli siyasət olmayacaq”

Tiflis Rusiya ilə güzəştli siyasət aparmayacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin bu günlərdə təyin edilmiş başçısı Georgi Kvirikaşvili verib.

Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, ölkəsi Rusiya ilə Cenevrə formatında dialoqda maraqlıdır.

“Gürcüstan Rusiya ilə bütün mövcud dialoqların davam etdirilməsini dəstəkləyir. Amma güzəştli siyasətin tərəfdarı deyilik. Rusiya ilə dialoqun hər iki formatını saxlamaq lazımdır. Birinci, bu, Cenevrə formatıdır. Gücün tətbiq edilməməsi haqqında Rusiyadan zəmanətlərin alınması bizim əsas məqsədimizdir. Digər tərəfdən, Abaşidze-Karasin dialoqu çox əhəmiyyətlidir. Qeyri-formal dialoq çərçivəsində baxılan iqtisadi və humanitar məsələlər böyük əhəmiyyət daşıyır”, - Kvirikaşvili cümə günü jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan hökumətinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında keçirilən dialoqda humanitar, ticarət, iqtisadi və mədəni məsələlər müzakirə edilir. Cenevrə müzakirələrində isə siyasi mövzulara baxılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm