Alparslan Türkeşin oğlu MHP-dən qovuldu – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Alparslan Türkeşin oğlu MHP-dən qovuldu – SON DƏQİQƏ

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının əfsanəvi lideri Alparslan Türkeşin oğlu Toğrul Türkeş partiyadan çıxarılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP-nin nizam-intizam komitəsi Türkeşin partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib.

Bəzi məlumatlara görə, qərar Toğrul Türkeşin MHP-nin hazırkı lideri Dövlət Baxçalı barəsində söylədiyi sözlərlə bağlıdır. Digər məlumatlara görə, Türkeşin AKP hökumətində yer almaq istəyi onun partiyadan qovulmasına gətirib çıxarıb.

Nazir postunda təmsil olunmağa razılıq verən Türkeş özü isə Baxçalının onu partiyadan qova bilməyəcəyini iddia edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm