• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyəni məhv edəcəkdilər: PKK-nın iflasa uğrayan ŞOK PLANI

  • Dünya
  • 5 Sentyabr 2015 17:31
  • 2 569 Baxış
Türkiyəni məhv edəcəkdilər: PKK-nın iflasa uğrayan ŞOK PLANI

Türkiyədə 7 iyun seçkilərindən sonra PKK-nın dördtərəfli plan hazırladığı, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda terror təşkilatının düşərgələrini bombalamasından sonra isə bu planın iflasa uğradığı ortaya çıxıb.


Publika.az xəbər verir ki, PKK Cənub-Şərqi Anadolu şəhərlərində soyğunçuluğa başlayaraq küçə döyüşlərinə start verəcəkmiş. Bununla da Türkiyə əsgərlərinin Qəndilə hücumunun qarşısı alıanacaqdı. Bununla yanaşı, beynəlxalq ictimaiyyətdə dəstək qazanmaq üçün Afrin kontonunun idarəçiliyini ələ alaraq Suriyanın şimalındakı ərazilərə birləşdirəcəkdi. Bununla da Ankarada HDP-yə “günahsız, əzilən” imici qazandıracaqdı.


Terror təşkilatı həmçinin İraqla sərhəddə yerləşən Türkiyənin 2, 34 və 48-ci hərbi bölmələrinə hücumlar təşkil edəcəkdi. Lakin Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində bütün bu planlar iflasa uğrayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR