Qiyamçı generalın qardaşı təslim oldu
Bizi izləyin

Dünya

Qiyamçı generalın qardaşı təslim oldu

Dünən Tacikistanın Düşənbə və Vaxdate şəhərlərində hücumları həyata keçirən cinayətkar qruplaşmanın 13 üzvü öldürülüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib.

Cinayətkar qruplaşmasının 32 üzvü isə saxlanılıb. Onlardan 500-dən çox silah və sursat götürülüb. Bundan başqa, silah və sursatların olduğu bir neçə gizli yer aşkarlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qruplaşmaya rəhbərlik edən müdafiə nazirinin keçmiş müavini Əbdüxəlim Nazarovun özü tərəfdarları ilə paytaxt Düşənbənin 45 kilometrliyində yerləşən Ramistki rayonunda gizlənib. Onun olduğu ərazi tamamilə mühasirəyə alınıb.

Əbduxəlim Nazarovun qardaşı Mirzoxayet Nazarov isə qrupdan könüllü şəkildə ayrılıb və Daxili İşlər Nazirliyinə gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm