• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nyu-Yorkda Putin üçün bir ilk baş verəcək

  • Dünya
  • 5 Sentyabr 2015 21:34
  • 590 Baxış
Nyu-Yorkda Putin üçün bir ilk baş verəcək

BMT Baş Assambleyasının 70-ci sessiyasında Rusiya prezidenti Vladimir Putinlə onun amerikalı həmkarı Barak Obama arasında görüş hələ planlaşdırılmayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezident administrasiyasının başçısı Sergey İvanov bildirib.

Daha əvvəl isə prezidentin köməkçisi, Rusiyanın ABŞ-dakı keçmiş səfiri Yuri Uşakov deyib ki, Moskva görüş təklifi üçün sorğu göndərməyib. Kremldəki mənbələr bildirirlər ki, müvafiq təklif Amerika tərəfindən də verilməyib. Əgər görüş baş tutarsa, görüşdə yalnız sadə fikir mübadiləsi ola bilər. Yaxud da prezidentlər ayaqüstü qısa ünsiyyətlə kifayətlənə bilərlər. Məsələn, 2013-cü ildə G20-nin Sankt-Peterburq sammitində Obama və Putin arasında belə bir görüş olmuşdu.

Vladimir Putin sentyabrın 28-də BMT Baş Assambleyasının yubiley sessiyasında iştirak etmək üçün Nyu-Yorka getməyə hazırlaşır. Bu, Putinin 2007-ci ildən sonra ABŞ-a ilk səfəri olacaq. Həmin vaxt oğul Corc Buş prezident idi.

Rusiya və ABŞ arasındakı münasibətlərin bugünkü səviyyəsini qiymətləndirən ekspertlər prezidentlər arasında görüşün baş tutacağına şübhə edirlər. Onlar hesab edir ki, əks halda görüş üçün uzunmüddətli hazırlıq aparılardı.

Əgər ABŞ və Rusiya prezidentləri arasında görüş olmasa, bu prezident postunda olduğu müddətdə Putin üçün ilk hal olacaq.

2000-ci ildə BMT-nin yubiley sessiyasında iştirak edən Putin prezident Bill Klintonla görüşüb. 2003 və 2005-ci illərdə isə prezident Corc Buşla görüşlər baş tutub. 2005-ci ildəki görüş hətta Vaşinqtonda keçirilib. Bundan başqa, 2009-cu ildə BMT-nin sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən prezident Dmitri Medvedev Obama ilə görüşüb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR