• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Almaniya miqrant qəbulu qaydalarında limit tətbiq etməyəcək

  • Dünya
  • 5 Sentyabr 2015 23:39
  • 389 Baxış
Almaniya miqrant qəbulu qaydalarında limit tətbiq etməyəcək

Almaniya siyasi sığınacaq istəyən qaçqınların qəbulu qaydalarında limit tətbiq etməyəcək.

AZƏRTAC “Frankfurter Allgemeine Zeitung” qəzetinə istinadla xəbər verir ki, belə bir bəyanatla kansler Angela Merkel çıxış edib. A.Merkel açıq şəkildə ifadə edib ki, sağlam iqtisadiyyata malik Almaniya sığınacaq istəyən hər bir miqrantın işini nəzərdən keçirmək gücündədir. O, həmçinin əlavə edib ki, siyasi mühacir statusu almağa şansı olmayan insanlar vətənlərinə qaytarılacaq.

Xatırladaq ki, artıq Macarıstandan yola çıxan dörd min nəfərdən ibarət mühacirlərin ilk qrupu Avstriyaya çatıb. Rəsmi Vyana Berlinlə şimalı Afrika və Yaxın Şərqdən gələn qaçqınlar üçün sərhədlərin açılması barədə razılıq əldə edib. Avstriya kansleri Verner Fayman almaniyalı həmkarı ilə danışıqlardan sonra Macarıstandakı dözülməz vəziyyətlə əlaqədar qeyri-qanuni miqrantları ölkəsinə buraxmağı qərara alıb. V.Fayman deyib ki, rəsmi Budapeşt qaçqınlarla bağlı Avropa İttifaqının (Aİ) normativ qaydalarına əməl etməyə borcludur.

Eyni tələb Çexiya, Slovakiya və Polşaya da ünvanlanıb. Aİ-nın digər dövlətləri ilə mühacirlərin qəbuluna dair ortaq məxrəc hələ də əldə edilməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR