"Seçki qutularına kamera quraşdırıla bilər"
Bizi izləyin

Dünya

"Seçki qutularına kamera quraşdırıla bilər"

CHP lideri Kamal Kılıçdaroğlu növbəti çıxışında da AKP-ni sərt şəkildə tənqid edib.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Kılıçdaroğlu seçkilərin başqa bir tarixdə keçirilməsinə razı olmadıqlarını bildirib:

“Seçkilərin başqa bir tarixdə keçirilməsini istəmirik. Ölkə vətəndaşları seçkilərdə iştirak etməlidir. Çünki biz bəzilərinin qutulara müdaxilə etməsini istəmirik. Onların belə bir məqsədi var. Seçkilərin şəffaf keçməsi üçün bütün seçki qutularına kamera quraşdırmaq olar. Bizim buna etirazımız yoxdur”.

Kılıçdaroğlu AKP əleyhinə də sərt sözlər səsləndirib:

“Onlar dizə qədər rüşvətin içindədir. Ölkəni qan gölünə çeviriblər. AKP bu ölkənin yaxasından əl çəkməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm