Baş nazir qaçqınları evində yerləşdirəcək
Bizi izləyin

Dünya

Baş nazir qaçqınları evində yerləşdirəcək

Finlandiyanın baş naziri Yuxa Sipilya Yaxın Şərq və Afrika ölkələrindən gələn qaçqınlara müsbət münasibətini sərgiləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, o, ölkənin bütün sakinlərini qapılarını qaçqınların üzünə açmağa çağırıb.

Baş nazir həmçinin Yaxın Şərq və Afrika ölkələrindən gələn qaçqınlara öz evini verməyə hazır olduğunu deyib. Yuxa Sipilya ölkənin bütün sakinlərini qaçqınların həyatına laqeyd olmamağa çağırıb. Baş nazir ümid etdiyini bildirib ki, vətəndaşların həmrəyliyi xalq hərəkatına çevriləcək.

Məlumata görə, baş nazirin evi paytaxt Helsinkdən 500 kilometr şimalda yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm