İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulanlar vətəndaşlıqdan məhrum olunacaq

İŞİD terror qruplaşmasına qatılan rusiyalıların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Publika.az xəbər verir ki. bu barədə Rusiyanın Şimali Qafqaz respublikalarından olan İnquşetiyanın prezidenti Yunus Bek Evkurov “Exo Moskvı” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Vətəndaşlıdan məhrum edilməsi gənclərin İŞİD-ə qatılmasını kəskin azaldacaq. Mən bildiyimə görə, qanun layihəsi mövcuddur və ümid edirəm ki, o qəbul ediləcək”, - Eevkurov deyib.

Daha əvvəl Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov İŞİD-ə qatılan rusiyalıların vətəndaşlıqdan məhrum edilməsini təklif edib. Dövlət Dumasında isə bildiriblər ki, bu Konstitusiyaya ziddir.

MDB-nin Terrorçuluğa Qarşı Mərkəzin rəhbəri Andrey Novikovun məlumatına görə, “İslam dövləti” tərəfində Rusiyanın beş minə qədər vətəndaşı vuruşur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm