İcra başçısı rüşvətə görə saxlanıldı
Bizi izləyin

Dünya

İcra başçısı rüşvətə görə saxlanıldı

Rumıniya polisi Buxarestin icra hakimi Sorina Opreskunu bələdiyyəyə xidmət göstərən firmalardan 25 min avro məbləğində rüşvət almaqda şübhəli bilərək saxlayıb.

Publika.az xəbər verir ki, merin saxlanılması ilə əlaqədar olaraq meriya ofislərində, şəhər qəbristanlıqları administrasiyasında, həmçinin bir sıra şirkətlərin ofislərində axtarışlar aparılır.

Prokurorluğun məlumatına görə, 2013-2015-ci illərdə Buxarest meriyasına xidmət göstərən firmalar gəlirlərinin 70 faizini bələdiyyənin yüksək vəzifəli məmurlarına ödəyiblər. Bu məbləğin 10 faizi Opreskuya çatıb.

Bu gün məhkəmə Opreskunun həbsi məsələsinə baxacaq. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm