​ABŞ-da müsəlman stüardessa spirtli içkidən imtinaya görə işdən çıxarıldı
Bizi izləyin

Dünya

​ABŞ-da müsəlman stüardessa spirtli içkidən imtinaya görə işdən çıxarıldı

Birləşmiş Ştatların "ExpressJet" aviaşirkətində stüardessa işləyən müsəlman Çari Stenli sərnişinlərə spirtli içki aparmaqdan imtina etdiyinə görə işdən çıxardılıb.

"Report" CNN-ə istinadən xəbər verir ki, qadın işə qəbul olunan zaman göyərtədə sərnişinlərə spirtli içki apara bilməyəcəyi barədə öncədən xəbərdarlıq edib.

Məlum olub ki, stüardessadan həmkarları tərəfindən müdiriyyətə şikayət olunub.

Avqustun 25-də "ExpressJet" şirkəti öz əməkdaşına məktub ünvanlayaraq bildirib ki, o, bir il müddətinə işdən kənarlaşdırılıb və yaxşı olar ki, özünə yeni iş yeri axtarsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm