Taylandda yeni konstitusiya layihəsi rədd edilib
Bizi izləyin

Dünya

Taylandda yeni konstitusiya layihəsi rədd edilib

Taylandın hərbi rəhbərliyi tərəfindən təyin edilmiş şura, mübahisəli yeni konstitusiya layihəsini rədd edib. İndi başqa bir layihəni hazırlamaq üçün yeni komitə təyin edilməlidir.

23 üzvdən ibarət panelin “milli böhran” zamanı hakimiyyəti ələ keçirməsinə imkan verən müddəaya görə konstitusiya layihəsi ciddi tənqidə məruz qalı .

Ordu keçən il uzun iğtişaşların ardından seçilmiş hökuməti devirib.

Bazar günü 247 üzvdən ibarət Milli İslahat Şurası 135 səs çoxluğu ilə konstitusiya layihəsinin əleyhinə səs verib. Layihə bütün siyasi tərəflərin güclü etirazına səbəb olub.

Təyin ediləcək komitənin yeni layihəni hazırlamaq üçün 180 günü olacaq və bundan sonra ümummilli referendum keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm