İspaniyada avtomobil yarışında altı nəfər ölüb
Bizi izləyin

Dünya

İspaniyada avtomobil yarışında altı nəfər ölüb

İspaniyanın şimalında keçirilən avtomobil yarışında bədbəxt hadisə baş verib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, yarış maşının yoldan çıxması nəticəsində biri hamilə qadın olmaqla 6 nəfər həlak olub.

Polisin bildirdiyinə görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb və bəzilərinin vəziyyəti ağırdır.

Baş nazir Mariano Rajoy Twitter vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib. Hadisədən sonra yarışma təxirə salınıb. Yarışda 140-dan çox insanın iştirak etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm