CİA agenti Moskvada qadın geyimində yaxalandı – VİDEO
Bizi izləyin

Dünya

CİA agenti Moskvada qadın geyimində yaxalandı – VİDEO

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) üçün çalışan agentlər Moskvada ifşa edilib.

Publika.az xəbər verir ki, Rusiyanın NTV kanalı CİA-ya çalışan agentliklərin paltarlarını dəyişdirərkən çəkildiyi görüntüləri yayıb.

Moskvada paltarlarını dəyişdirərək CİA üçün agentlik edən Robert Hines, Timoti Finnegan və Con Granos kameralardan qaça bilməyib. Həyat yoldaşının rəfiqəsi qılığına girən və “zənci qadın” kimi geyinən Timoti Finnegan paltarını dəyişdirmək üçün getdiyi bir restoranın gizli kameraları tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Rusiya və ABŞ arasında tez-tez agent qalmaqalları baş verir. Rusiyada 2013-ci ildə Ryan Fogle adlı bir amerikalı agenti tutularaq həbs olunmuşdu. Rusiya üçün agentlik edən Anna Çapman isə 2010-ci ildə Nyu-Yorkda ifşa edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm