Afina ABŞ-ın Rusiya ilə bağlı tələblərini rədd etdi
Bizi izləyin

Dünya

Afina ABŞ-ın Rusiya ilə bağlı tələblərini rədd etdi

ABŞ Afinadan Suriyaya humanitar yardım aparan Rusiya təyyarələri üçün hava məkanını bağlamağı tələb edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yunanıstan paytaxtındakı diplomatik mənbə bildirib.

“ABŞ səfirliyi şənbə günü Rusiya təyyarələrinin uçuşuna hava məkanının bağlanılması tələbi ilə Yunanıstan hökumətinə müraciət edib. Yunanıstan hökuməti isə Rusiya ilə münasibətlərinin pisləşməməsi üçün bunu etməkdən imtina edib”, - agentliyin həmsöhbəti deyib.

Mənbə həmçinin əlavə edib ki, Moskva sentyabrın 1-dən 24-dək olan müddətdə Suriyaya humanitar yüklərin çatdırılması məqsədilə Yunanıstandan hava məkanı üçün icazə alıb.

Qeyd edək ki, avqustun 31-də İsrail KİV-i diplomatik mənbələrə istinadən Rusiyanın Dəməşq yaxınlığında yerləşən aerodroma döyüş aviasiyası, vertolyotlar, hava hücumundan müdafiə sistemləri və hərbçilər yerləşdirdiyini yazıb. Kremldən isə bu informasiyanı təkzib ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm