Roma Papası qaçqınlarla bağlı katolik cəmiyyətinə müraciət etdi
Bizi izləyin

Dünya

Roma Papası qaçqınlarla bağlı katolik cəmiyyətinə müraciət etdi

Roma Papası Fransısk Avropa katoliklərinə Yaxın Şərq və Afrikadan olan qaçqınlarla bağlı müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Roma Papası Avropadakı bütün monastırlar və məbədləri sığınacaq kimi qaçqınlara verməyə çağırıb.

“Katolik cəmiyyəti ölümdən, müharibədən və aclıqdan qaçanlara sığınacaq verməyə çağırıram. Bu yaranmış vəziyyətdə mərhəmətin konkret jesti olardı”, - katolik lider söyləyib.

“Reuters”in məlumatına görə, İtaliya 25 mindən çox qaçqını qəbul edib. Agentlik xatırladır ki, Fransıskin özü Argentinada məskən salmış italyan mühacirlərinin nəvəsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm