İŞİD-in 4 mindən çox döyüşçüsü Avropaya girib – ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD-in 4 mindən çox döyüşçüsü Avropaya girib – ŞOK İDDİA

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının 4 mindən çox döyüşçüsü qaçqın adı ilə Avropa Birliyinin ölkələrinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə İŞİD-dəki mənbəyə istinadən “Sunday Express” qəzeti bildirib.

Onun sözlərinə görə, ekspansiya müvəffəqiyyətlə həyata keçirilib. Mənbə qeyd edib ki, İŞİD-in döyüşçüləri Türkiyənin İzmir və Mersin şəhərlərinin limanlarında qaçqın axını ilə birləşir, daha sonra isə Aralıq dənizi vasitəsilə İtaliyaya yola düşürlər. İŞİD-in döyüşçüləri İtaliyadan sonra digər Avropa ölkələrinə, xüsusilə Almaniya və İsveçə gedirlər.

İŞİD-dəki mənbə deyib ki, onlar yalnız Suriyada deyil, həm də bütün dünyada “xilafət” qurmaq istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm