• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

PKK oğurluq “ciplər”lə terror planlaşdırır - XƏBƏRDARLIQ

  • Dünya
  • 7 Sentyabr 2015 11:50
  • 800 Baxış
PKK oğurluq “ciplər”lə terror planlaşdırır - XƏBƏRDARLIQ

Türkiyənin Diyarbəkir, Qars və Şırnak bölgəsində ümumilikdə 9 ədəd bahalı yolsuzluq (“offroad 4x4” tipli) avtomobil oğurlanıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyə polisi sözügedən avtomobillərin eyni gündə oğurlandığını bəyan edib.

Türkiyə polisi həmin avtomobillərin PKK terrorçuları tərəfindən oğurlandığını və nömrələrinin dəyişdirildiyini istisna etməyib.

Polis əhaliyə ayıq-sayıq olmağı tövsiyə edir. Çünki PKK həmin avtomobillərə bomba yerləşdirməklə şəhər mərkəzlərində partlayış törədə bilər.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR