İŞİD-ə adam toplayan qız tutuldu – FOTO
Bizi izləyin

Dünya

İŞİD-ə adam toplayan qız tutuldu – FOTO

İspaniya polisi İŞİD terror təşkilatı üçün adam toplayan 18 yaşlı Mərakeş vətəndaşı olan bir nəfər qızı həbs edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Raja adlı mərakeşli qadın İspaniyada internet vasitəsilə İŞİD üçün silahlı adam toplayırmış.

Polisə ifadə verən İŞİD-çi qadın gizli planlarını etiraf edib. Uzun müddətdir İspanyada yaşasa da, üzərində aparılan axtarış zamanı onunMərakeş pasportu daşıdığı məlum olub.

Xatırladaq ki, son 1 ildə İspaniyada xeyli adam İŞİD-ə qoşulmaq və dəstək verməkdə günahlandırılaraq həbs olunub. İspaniya polisi isə bəyan edib ki, hazırda 100-ə yaxın İspaniya vətəndaşı İŞİD-ə qoşulmaq üçün ölkəni tərk edib. Hökumət həmin şəxslərin ölkəyə qayıtdıqdan sonra təhlükə yaradacağından narahatdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm