Baş nazirdən Avropa Birliyinə Türkiyə ilə bağlı ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

Baş nazirdən Avropa Birliyinə Türkiyə ilə bağlı ÇAĞIRIŞ

Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyini Türkiyəyə təcili maliyyə yardımı etməyə çağırıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, macar baş nazir bəyan edib ki, Suriyadan gələn miqrantları qəbul etdiyi üçün Avropa Birliyi Türkiyə hökumətinə yardım etməlidir. Onun sözlərinə görə, Avropa Birliyi lazımi ərazilərdə sərhədlərini tam nəzarətdə saxlamaq imkanına malik deyil: “Türkiyə Avropa Birliyinin üzvü olmasa da, bu təşkilata böyük fayda verir. Bunun üçün də Avropa Birliyi Türkiyəyə miqrantlara görə maliyyə ayırmalıdır. Bu gün bizim üçün ən vacib məsələ də o olmalıdır ki, Türkiyəyə maliyyə vəsaiti ödənilsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm