Bağdadi İraqa səfər edib
Bizi izləyin

Dünya

Bağdadi İraqa səfər edib

İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi ətrafındakı komandirlərlə birlikdə Suriyanın Rakka şəhərindən İraqın Mosul şəhərinə səfər edib.

Publika.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin müxbirinə İraqın Ninova vilayətindəki təhlükəsizlik strukturlarındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, İŞİD liderinin səfəri bir neçə gün əvvəl baş tutub. Bağdadinin hücum ehtimalını minimuma endirmək üçün məhdud sayda zirehli texnika ilə getdiyi deyilir.

İŞİD liderinin səfərinin məqsədi barədə məlumat yoxdur. Onun hazırda Mosulda olub-olmadığı barədə də dəqiq məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm