
Böyük Britaniya Kraliçası II Elizabet iki gün sonra rekord qıracaq.
Publika.az xəbər verir ki, kraliça sentyabrın 9-da Britanya taxtında ən uzun müddətə əyləşən hökmdar ünvanını ələ keçirəcək.
Kraliça II Elizabet sentyabrın 9-da kraliça Viktoriyanın taxtda oturma müddəti olan 63 il 216 gün rekordunu qıraraq Britanya tarixinə ən uzun müddət taxtda oturan hökmdar kimi keçəcək. II Elizabet atası IV Corc 1952-ci ildə öldükdən sonra 25 yaşında taxta oturmuşdu.
İngiltərənin “Independent” qəzetinin keçirdiyi sorğuya görə, II Elizabet ölkədə ən uzun müddət taxtda qalan və ölkəni sənayeləşdirən kraliça Viktoriyadan daha yüksək reytinqə sahibdir.