• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Davudoğlu: “O dağlar terrorçulardan təmizlənəcək”

  • Dünya
  • 8 Sentyabr 2015 08:10
  • 370 Baxış
Davudoğlu: “O dağlar terrorçulardan təmizlənəcək”

Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə hərbçinin şəhid olduğu Dağlıca hücumu ilə əlaqədar Çankaya Köşkündə mətbuat konfransı keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir hücumun təşkil olunduğu dağların PKK terror təşkilatından təmizlənəcəyini deyib.

“O dağlar o terrorçulardan təmizlənəcək. Nə olursa-olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terrorçular üçün tərk edilməyəcək”, - Davudoğlu söyləyib.

Baş nazir PKK-nın dünənki hücumunda şəhid olan əsgərlərinin hamısının ərazidən çıxarıldığını bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR