Dağlıca əməliyyatında öldürülən terrorçuların sayı açıqlandı
Bizi izləyin

Dünya

Dağlıca əməliyyatında öldürülən terrorçuların sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələrinin Hakkarinin Dağlıca kəndində PKK terrorçularına qarşı keçirdiyi hərbi əməliyyatlarda öldürülən terrorçuların sayı açıqlanıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, çoxsaylı şəhid verən türk ordusu Dağlıca əməliyyatında 100-dən çox PKK-çını öldürüb.

Bundan əlavə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd “F-4” və 4 ədəd “F-16” qırıcıları vasitəsilə PKK-ya aid olan 23 hədəf vurulub.

Ötən gün öldürülən PKK terrorçularının sayı 73 olsa da, gecə boyu gedən döyüşlərdə məhv edilən terrorçuların sayı 100-ü ötüb.

Həmçinin Dağlıca əməliyyatında 25 terrorçu sağ ələ keçirilib. Hazırda Türkiyə ordusu ilə döyüşən PKK terrorçularının sayının 150 nəfərə yaxın olduğu ehtimal edilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm