• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putinin Ukrayna ssenariləri açıqlandı

  • Dünya
  • 8 Sentyabr 2015 11:33
  • 514 Baxış
Putinin Ukrayna ssenariləri açıqlandı

“Rusiya prezidenti Vladimir Putin müharibələrdəki təcrübəsindən istifadə edərək Ukraynada iki ssenari üzrə işləyir”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi Adrian Karatniski deyib.

“Düşünürəm ki, Putin Ukraynada iki ssenari üzərində işləyir. Birincisi, Çeçenistan Respublikasının nümunəsidir. Putin burada nəzarətdən çıxan qüvvələrlə qarşılaşdı, daha sonra isə surroqat çeçen güclərini tapdı. Bu güclər Rusiya silahlı qüvvələri və Rusiya silahının köməyi ilə öz ölkəsinin maraqlarını satdılar. Amma düşünürəm ki, çeçen ssenarisi işləmədi. “Novorossiya” və Krıma cənub dəhlizinin yaradılması planlarını həyata keçirmək mümkün olmadı. Putinin ikinci təcrübəsi Gürcüstan təcrübəsidir”, - Karatinski qeyd edib.

Daha əvvəl isə Rusiya müxalifət siyasətçisi Konstantin Borovoy bildirib ki, Putin Ukraynada “gürcü ssenarisi”ni tətbiq etməyə çalışacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR