Erməni hərbçi intihar etdi
Bizi izləyin

Dünya

Erməni hərbçi intihar etdi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin şimalında yerləşən hərbi hissədə erməni hərbi qulluqçusu Narek Arutyunyan intihar edib.

Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 19 yaşlı hərbçi özünü çənə nahiyəsindən vurub.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “Müdafiə Nazirliyi” isə hərbçinin fövqəladə hadisə nəticəsində həlak olduğunu açıqlayıb.

Məlumata görə, hadisənin baş verməsi şəraitinin müəyyənləşdirilməsi üçün istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm